nazını çəkmək (qadına pərəstişkarlıq etmək) , qadının nazını çəkmək (qadına pərəstişkarlıq etmək)

to court someone / to make love (to) / to woo someone * строить куры (ухаживать)
nazınca oynamamaq
nazik damarını bilmək
OBASTAN VİKİ
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (film, 2014)
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Bir qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Gənc qadının kişisi
Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Gənc Qadının Kişisi (1988)
Gənc qadının portreti (İrəvani)
Gənc qadının portreti və ya Əyləşmiş qadın portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm XIX əsrin 70-ci illərinə aiddir və Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Portret “Populyar incəsənət ensiklopediyası”nda, rəssama aid məqalədə verilir. Portret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib. Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir.
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Azərbaycan siyasətində qadının mövqeyi
Azərbaycan siyasətində qadın Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır. İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır. Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur. Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir. Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.
Azərbaycan siyasətində qadının yeri